ərimə temperaturu

ру температура плавления en melting temperature de Schmelztemperatur fr température de fusion es temperatura de fusión it temperatura di fusione
ərimə nöqtəsi
ərimə zonası
OBASTAN VİKİ
Ərimə
Ərimə və ya termal birləşmə, bərk maddənin istilik qəbul edərək maye vəziyyətə keçməsidir. Bu fiziki hadisənin baş verdiyi temperatura ərimə temperaturu deyilir. Ərimə donmanın əksi olaraq da ifadə edilə bilər; Çünki donma zamanı maddə istilik verir, ərimədə isə maddə istilik alır. == Ərimə temperaturu == Ərimə temperaturu bərk cisimlərdə fərqləndirici xüsusiyyətdir. Ərimə temperaturu maddədən maddəyə dəyişir. Bu təzyiq və saflıqdan asılı olaraq dəyişir. Eyni tipli saf maddələrin ərimə və donma temperaturları bərabərdir. Saf maddələrdə ərimə baş verərkən temperatur sabit olsa da, eyni zamanda istilik artımı davam edir və bu temperatur artımı bərk maddə tam əriyənə qədər davam edir. Daha sonra tamamilə ərimiş maddənin istilik və temperatur artımı növbəti vəziyyət dəyişikliyinə qədər davamlı olaraq artır.
Havanın temperaturu
Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperatur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Atmosferin yüksək təbəqələrində Havanın temperaturu şarzond, təyyarə və s.
Kəsmə temperaturu
Kəsmə temperaturu — mexaniki emalda yonqarçıxarma zamanı yaranan istiliyin təsirindən alətin qızma temperaturuna deyilir. Yonqarçıxarmada tətbiq olunan enerjinin demək olar ki, hamısı istiliyə çevrilir. Emal olunmuş səthin bərkiməsinə sərf olunan enerji həddən çox kiçik olduğundan nəzərdən atılır. Kəsmədə yaran istilik mənbələri şəkildə təsvir edilmişdir. Burğulamada yaranan istiliyin 80%-i yonqarla xaric edilir. Yerdə qalan 10% pəstaha, 10% isə alətə keçir. Buna baxmayaraq alətdə yaranan temperatur hamıdan yüksək olur, o orta temperaturu 2–2,5 dəfə, pəsathınkını isə 20–30 dəfə keçir. Ümumiyyətlə, kəsmə temperaturu alət və pəstah materialları ilə bərabər həm də emal rejimlərindən asılıdır. Kəsmə sürəti, veriş artdıqca kəsmə zonasında görülən iş də artır. Alətdə istiliyin nisbətən az hissəsinin cəmləşdiyinə baxmayaraq, onun qızma temperaturu xeyli yüksək olur (bəzən 1000 °C-dən artıq olur).
Otaq temperaturu
Danışıq dilində, otaq temperaturu insanların çoxunun qapalı şərait üçün üstünlük verdiyi bir sıra hava istiliyidir. Tipik qapalı paltar geyindikdə insana rahatlıq hissi verir. İnsan rahatlığı rütubətdən, hava sirkulyasiyasından və digər amillərdən asılı olaraq bu diapazondan kənara çıxa bilər. Qida və ya içkilər otaq temperaturunda verilə bilər, yəni nə qızdırılır, nə də soyudulur. Elm və mühəndislik kimi müəyyən sahələrdə və müəyyən bir kontekstdə otaq temperaturu fərqli razılaşdırılmış diapazonlar mənasını verə bilər. Bunun əksinə olaraq, ətraf mühitin temperaturu hər hansı bir xüsusi yerdə havanın (və ya digər mühitin və ətrafın) termometrlə ölçülən faktiki temperaturudur. Ətraf mühitin temperaturu (məsələn, qışda isidilməmiş otaq) ideal otaq temperaturundan çox fərqli ola bilər. İngilis dilinin Amerika İrs Lüğəti otaq temperaturunu 20–22 °C (68–72 °F) arasında müəyyən edir, isə Oksford İngilis Lüğətində qeyd edilir ki, "şərti olaraq təxminən 20 °C (68 °F) kimi qəbul edilir." İdeal otaq temperaturu yerə və mədəniyyətə görə dəyişə bilər; Nigeriya tədqiqatları 26–28 °C (79–82 °F) arasında rahat bir temperatur aralığını göstərir, rahat sərin 24–26 °C (75–79 °F) və rahat isti 28–30 °C (82–86 °F). Rütubət və (ehtimal) geyim dəyişikliklərinə görə yay və qış üçün tövsiyələr dəyişə bilər; yay üçün təklif olunan tipik diapazon 23–25.5 °C (73–78 °F) dir, qış üçün isə 20–23.5 °C (68–74 °F). Bəzi tədqiqatlar göstərir ki, kişi və qadınların istilik komfortu üstünlükləri əhəmiyyətli dərəcədə fərqlənə bilər, qadınlar isə orta hesabla daha yüksək ətraf temperaturlarına üstünlük verirlər.
Ərimə nöqtəsi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Xüsusi ərimə istiliyi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Buz dövrü: Ərimə
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir.